- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Güləş federasiyasının inzibati binasında hakimlər üçün iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, kollegiyasının sədri Qərib Əliyev və idman şöbəsinin müdiri Yaqub Məmmədovun rəhbərliyi ilə baş tutan tədbirin əvvəlində bu yaxınlarda beynəlxalq kateqoriya alan Cəlal Bahadurov və Əli Babayevə vəsiqələri təqdim olunub. Onlarla birgə 3-cü dərəcəyə sahib çıxan Həbib Nurulu üzrlü səbəbdən yığıncaqda iştirak etmədiyindən beynəlxalq hakim vəsiqəsini daha sonra əldə edəcək.
Toplantıda çıxış edən ünlü referi müxtəlif məsələlərlə bağlı irad və tövsiyələrini çatdırdıqdan sonra, qarşıdan gələn zona yarışlarında və Bakı birinciliyində, eləcə də müxtəlif beynəlxalq turnirlərdə ədaləti qoruyacaq hakimlərin adlarını açıqlayıb.
Eyni zamanda, referilər də bəzi təkliflər irəli sürüb və bu təkliflərin AGF rəhbərliyinə çatdırılacağı bildirilib.