Qadın cüdo yığmamız ilin son təlim-məşqini “Atilla”da keçir

Qadın cüdo yığmamız ilin son təlim-məşqini paytaxtda, “Atilla” idman klubunda keçir. Allsport.az saytı xəbər verir ki, Hazırlığa dekabrın 12-də start verilib. Toplanışa dekabrın 7-9-da keçirilmiş Azərbaycan kuboku yarışının mükafatçıları, həmçinin millinin aparıcı heyət üzvləri də qatılıblar.

Cüdoçuların hazırlığında əsas məqsəd gələn ilin yanvar ayının sonundan etibarən başlayacaq beynəlxalq turnirlərdə onların yüksək səviyyədə iştirakını təmin etməkdir. Hazırlıqda müxtəlif bölgələrindən olan cüdoçular peşəkar məşqçilərin rəhbərliyi altında texniki göstəricilərini getdikcə təkmilləşdirirlər.

Yüksək səviyyədə təşkil olunan təlim-məşq toplanışında idmançıların hazırlığı üçün hər bir şərait yaradılıb. İdmançıların sağlam qidalanması və asudə vaxtın səmərəli təşkili gündəlikdə yer alan əsas məsələlərdəndir.

Həmin kateqoriyadan