Qadın cüdoçularımız Albaniyada

Qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirən qadın cüdo millimiz hazırda Albaniyadadır. Allsport.az xəbər verir ki, Golem şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında 5 cüdoçu iştirak edir.

İrina Kindzerska və Gültac Məmmədəliyeva zədələrini müalicə etdiklərinə görə Albaniya toplanışına qatılmayıblar. Golemdə Beynəlxalq cüdo federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, İtaliya, Almaniya, İspaniya, Braziliya, Albaniya, Kosovo, Macarıstan, Polşa, Hollandiya, Türkiyə, Sloveniya, İsveçrə və digər ölkələrin yığmaları qatılıb.

Cüdoçularımız mart və aprel aylarında Tiflis və Antalyada təşkil olunacaq “Böyük dəbilqə” yarışında, eləcə də Portuqaliyada keçiriləcək Avropa çempionatında mübarizə aparacaqlar.

Həmin kateqoriyadan