Qadın cüdoçumuz 2-ci oldu

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan yığmasının üzvü Ramilə Əliyeva gümüş medala yiyələnib.

Allsport.az xəbər verir ki, nüfuzlu yarışda 48 kq çəki dərəcəsində mübarizə aparan xanım cüdoçu polşalı Paulina Zlaşta və portuqaliyalı Rakel Britoya qalib gələrək yarımfinala yüksəlib. Əliyeva ispaniyalı Mireya Lapertanı da məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya cüdoçusu Andrea Stoyadinova məğlub olub və 2-ci yeri tutub.

Həmin kateqoriyadan