- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın VII turunda kişilərdən ibarət Azərbaycan millisi növbəti məğlubiyyəti yaşayıb.
Komandamız o qədər də güclü olmayan Moldovaya 1:3 hesabı ilə uduzub. Şahmatçılarımız iki heç-heçə və iki məğlubiyyətə imza atıblar.
Qadın şahmatçılarımız uğurlu çıxışını davam etdirir. İngiltərə ilə görüşü yığmamız 3:1 hesablı üstünlüklə başa vurub. Bu qələbə sayəsində milli liderlə fərqi minimuma endirib. Fransanı məğlub edən Bolqarıstan 12 xalla birinci pilləyə yüksəlib.