Qadın şahmatçıların ölkə çempionatı başlayıb. Mükafat fondu öncəkilərdən fərqlənir

Qadınlar arasında XXXI ölkə çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yarışın açılışında çıxış edən Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov, son illər ölkəmizdə qadın şahmatçıların həm komanda, həm də şəxsi yarışlarda qazandığı uğurlardan söz açıb.

O, çempionatın maraqlı rəqabət şəraitində keçəcəyinə innadığını deyib. Cari ildə Hindistandan keçiriləcək ümumdünya şahmat olimpiadasına hazırlıq planının təsdiqləndiyini söyləyib.

Püşkə əsasən 1-ci turunda Gülnar Məmmədova Türkan Məmmədyarova, Gövhər Beydullayeva Ayan Allahverdiyeva, Ülviyyə Fətəliyeva Xəyalə Abdulla, Ləman Hacıyeva isə Xanım Balacayevaya qarşı mübarizə aparacaqlar.

Müstəqil Azərbaycan tarixində qadınlar arasında XXXI ölkə çempionatının mükafat fondu artırılaraq 11 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4000 manat pul mükafatı qazanacaq.

Həmin kateqoriyadan