- Baxış sayı: 36
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

AŞF-in qərargahında qadın şahmatçıların Azərbaycan çempionatına seçmə turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, 20 idmançının mübarizəsində 2-ci turdan sonra Ləman Hacıyeva, Səbinə Rzalı və Xatun Bağırova 2 xal ilə ilk üçlükdə qərarlaşıblar.
Lalə Hüseynova, Mələk İsmayıl və Nərmin Nəsibova liderlərdən yarım xal geri qalaraq 4-6-cı yerləri bölüşürlər. İsveçrə sistemi üzrə yarış 7 turdan ibarətdir.
1-ci yeri tutan şahmatçı Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaq.