- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Qadın voleybol millimiz Yaponiyada keçiriləcək dünya çempionatına hazırlıq çərçivəsində Mariborda məşqləri davam etdirir.
Allsport.az saytı xəbər verir ki, yığmamız Sloveniyada bir neçə yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblər Bakıda qitə çempionatının finalında çıxış etmiş Serbiya və Niderland komandaları ola bilər.
Diaqonal hücumçusu Natalya Məmmədova da komandaya qoşulub. O, hazırlığın birinci mərhələsində, habelə bu yaxınlarda Antalyada keçirilmiş “Gloria Cup”da iştirak etməyib. Həmin yarışda qızlarımız 3-cü yeri tutub.