Qadın voleybolçularımız olimpiya təsnifat oyunlarına hazırlığa başlayıb

Qadın voleybol millimizə Qızıl Avropa liqasında mübarizəni dayandırdıqdan sonra 1-həftəlik istirahət verilimişdi. Allsport.az saytı xəbər verir ki, 1-3 avqustda Brazilyada olimpiya təsnifat mərhələsində iştirak edəcək komandamız bu gün məşqlərə start verib.

Bildiyiniz kimi, Qızıl Avropa liqasında millimizin heyətində çıxış edən oyunçuların əksəriyyəti gənclər idi. Olimpiya təsnifat oyunlarında meydançada millimizin bütün oyunçularını görə biləcəyik. Bu gün demək olar ki, yığmamızın bütün oyunçuları voleybol mərkəzində məşqlərə qoşulublar.

Milli komandamız iki komanda şəklində məşqləri keçir, Olimpiya təsnifat mərhələsində iştirak edəcək oyunçuları, milli komandanın baş məşqçisi Covanni Kaparara hzırda məşq edən iki komandadan seçiləcəkdir. 

Qeyd edək ki, millimiz “D” qrupunda Dominikan Respublikası, Kamerun, Brazilya yığmaları ilə bir qrupda mübarizə aparacaq.

Həmin kateqoriyadan