Qadınlar arasında ən gənc qrossmeysterimiz kim oldu?

Azərbaycanlı şahmatçı Günay Məmmədzadə 14 yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adına layiq görülüb. Allsport.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu barədə FİDE-nin Rusiyanın Soçi şəhərində keçirilən Prezident Şurasının iclasında qərar qəbul edilib. Bununla da, o, Azərbaycanın şahmat tarixində qadınlar arasında ən gənc qrossmeyster olub.

Qeyd edək ki, Günay Vüqar qızı Məmmədzadə 2000-ci ildə Bakı şəhərində  anadan olub. 2005-ci ildən bu idmanla məşğul olur. O, azyaşlılar arasında dünya çempionatında dəfələrlə qalib və mükafatçı olub. Günay 2014-cü ilin fevralın 01-dən 09-dək Moskva şəhərində keçirilən ənənəvi  Moskva Open, fevralın 10-dan 19-dək isə Minskidə David Bronşteynin xatirəsinə həsr olunan beynəlxalq turnirlərdə uğurla çıxış edərək, beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını  toplayıb.

Həmin kateqoriyadan