Qadınlara dəstək veloyürüşü

Velosiped federasiyasının təşkilatçılığı ilə Qadın zorakılığına qarşı beynəlxalq mübarizə gününə (25 noyabr) veloyürüş keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qadınlara və qızlara qarşı zorakılığa son!” şüarı altında baş tutan veloyürüşdə Binəqədi gənclər evi, müxtəlif gənclər təşkilatları və Azərbaycan milli komandasının xanım üzvləri, həmçinin həvəskar xanım velosipedçilər iştirak ediblər.

40-a yaxın velosipedçinin qatıldığı yürüşə “Azneft” dairəsindən start verilib. İştirakçılar müəyyən olunmuş marşrutla hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısında veloyürüşü başa vurublar.

Veloyürüşdən sonra xatirə şəkli çəkdirilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish