- Baxış sayı: 67
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VIII turun görüşləri başa çatıb. Allsport.az xəbər verir ki, kişilərdən ibarət Azərbaycan millisi bu turda Ermənistanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə bitib – 1,5:2,5.
Qadınlardan ibarət komanda isə Fransanı məğlub edib – 2,5:1,5. Bu nəticələrdən sonra qadınlardan ibarət komanda 12-ci xalını qazanıb və sona bir tur qalmış üçüncü pillədə möhkəmlənib. Kişilərdən ibarət yığma isə 9 xalla 12-ci sıraya enib.
Azərbaycan – Ermənistan – 1,5:2,5
Şəhriyar Məmmədyarov – Levon Aronyan – 0,5:0,5
Arkadi Naydiç – Qabriel Sargissyan – 0,5:0,5
Qədir Hüseynov – Qrant Melkumyan – 0,5:0,5
Eltac Səfərli – Arman Paşikyan – 0:1
Fransa – Azərbaycan – 1,5:2,5
Sofi Miyye – Günay Məmmədzadə – 0:1
Polen Gişar – Xanım Balacayeva – 0,5:0,5
Almira Skripçenko – Ülviyyə Fətəliyeva – 1:0
Nataşa Benmesba – Gülnar Məmmədova – 0:1