Qadınların şəxsi qitə çempionatında 3 şahmatçımız liderlər qrupundadır

Çex Respublikasının paytaxtı Praqada qadın şahmatçıların şəxsi Avropa çempionatı davam edir.

Allsport.az saytı xəbər verir ki, millidən Günay Məmmədzadə (2466) 7-ci turda gürcüstanlı Nana Canidzeni (2531) məğlub edərək xallarının sayını 6-ya çatdırsa da, növbəti görüşdə polşalı Monika Soçkoya (2423) yenilib, 3-cü yerə düşüb.

Əvəzində, Ülviyyə Fətəliyeva (2413) italiyalı Marina Brunellonu (2341) və Gülnar Məmmədova (2380) digər gürcüstanlı Nino Batsiaşvilini (2466) məyus edərək komanda yoldaşını haqlayıblar.

Gövhər Beydullayeva (2339) ilə Xanım Balacayeva müvafiq olaraq, başqa qonşu ölkə təmsilçiləri Lela Cavakişvilini (2476) və Nana Canidzeni (2531) üstələyərək, xallarını 5,5 yüksəldiblər.

Ləman Hacıyeva (2042) ukraynalı Yevgeniya Doluxanovanı (2278) təslim edib. Şahmatçımız 5 xala malikdir. Səbinə İbrahimova (2146) israilli Sofiya Taşkinova (2011) ilə xalı yarıya bölüb. Onun 3 xalı var.

Həmin kateqoriyadan