- Baxış sayı: 50
- 04 Dekabr 2025 20:37
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0
Türkiyənin “Qalatasaray” klubu “LUKoil” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb. Allsport.az xəbər verir ki, tərəflər 5 illik sazişə imza atıblar.
Belə ki, İstanbul təmsilçisinin azarkeşləri bu anlaşma sayəsində yanacaq doldurma məntəqələrində bir sıra endirimlər əldə edə bilərlər. Onlar bu endirimdən yararlanmaq üçün “GSLukoilcard” sahibi olmalıdırlar. Bunun sayəsində fanatlar benzini daha ucuz qiymətə alacaqlar.
Qeyd edək ki, “LUKoil” şirkəti azərbaycanlı iş adamı Vahid Ələkbərova məxsusdur.