- Baxış sayı: 26
- 10 Aprel 2025 23:55
- Baxış sayı: 55
- Aprel 10, 2025
- 0
Azərbaycan boksçusu Kamran Şahsuvarlı (75 kq) Rio-2016-da 1/8 finalda rusiyalı Artyom Çebotaryovu məğlub edərək, növbəti mərhələyə çıxıb. Allsport.az saytı idman.com.az-a istinadən xəbər verir ki, qələbədən dərhal sonra həmyerlimizin bu döyüş və qarşıdakı qazaxıstanlı dünya çempionu Janibek Alimxanlı ilə görüşü barədə fikrini öyrəndik:
– Döyüş barədə nə deyə bilərsən?
– Döyüşdən qabaq çox həyəcanlı idim. Özümü toplayıb rinqə hazır oldum. Çox sağolsun məşqçılər, məni döyüşə yaxşı köklədilər və qələbə qazandım.
– Növbəti döyüş elə bir döyüşdür ki, onda qalib gəlsən, ən azından medalın olacaq. Həmin döyüşdə də rəqibin qazaxıstanlı idmançıdır. Həmin rəqibi tanıyırsanmı?
– Bəli, tanıyıram. Bildiyiniz kimi, mən əvvəl Qazaxıstanda qalmışam. Qazaxıstanın gənclər çempionatında bir dəfə ona məğlub olmuşam. İndi, inşallah, özümü toplayacağam və çalışacağam yaxşı döyüşüm.
– İndi ondan qisas almağın vaxtıdır. Özünü bu döyüşə hazır hiss edirsənmi?
– İki döyüş keçmişəm. Artıq o qədər də həyəcan olmayacaq. Bilirəm ki, indi ən vacib döyüş olacaq.
– Səndən əvvəl digər idmançımız Albert Səlimovun məğlubiyyəti sənə psixoloji təsir etmədi ki?
– Biz Albertlə bir otaqda qalırıq. Bir-birimizi çox yaxşı dəstəkləyirik. Onun məğlub olmağı da məni çox təəssüfləndirdi.
– İndi onun da əvəzinə sən medal qazanmağa çalışmalısan. Sənə uğurlar arzulayırıq. Hamı səndən medal gözləyir.
– Çox sağolun.
Qabil MEHDİYEV, Rio de Janeyro