”Qarabağ” 9 nəfərlə uduzdu

UEFA Avropa liqasında liqa mərhələsinin üçüncü turunun oyunları keçirilir.

Allsport.az xəbər verir ki, bu gün Azərbaycan təmsilçisi “Qarabağ” da meydana çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Niderlandın “Ayaks” klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına respublika Stadionunda baş tutan matç Amsterdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

UEFA Avropa liqası, liqa mərhələsi
III tur

“Qarabağ” – “Ayaks” (Niderland) 0:3
Qollar: 
Kennet Teylor, 36, Vaut Veqorst, 74 (pen), Çuba Akpom, 77

Qırmızı vərəqə: Julio Romao, 15 (“Qarabağ”), Elvin Cəfərquliyev, 79 (“Qarabağ”)

Baş hakim: Nikolas Uolş (Şotlandiya).

Həmin kateqoriyadan