- Baxış sayı: 22
- 04 Fevral 2026 11:20
- Baxış sayı: 151
- Fevral 02, 2026
- 0

“Qarabağ” Avropa liqasının 3-cü ələməsində Finlandiyada “Helsinki” klubu ilə cavab görüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, artıq ənənə halına alan qapıçı Şahruddin Məhəmmədəliyevin səhvindən sonra 10-cu dəqiqədə meydan sahibləri hesabı açsa da, “köhlən atlar” özünü itirməyib.
Rəqib futbolçunun 16-cı dəqiqədə qırmızı vərəqə almasından yararlanan Ağdam klubu hücumun kəsərini artırıb, Toral Bayramov ilə (45+3-pen) hesabı bərabərləşdirib.
2-ci yarıda əks-hücumda Yassin Benzia (55 dəq) fərqi xeyrimizə artırıb. Sonrakı vaxt ərzində də “Qarabağ” təzyiqi davam etdirsə də, görüşdə digər qol qeydə alınmayıb.
Bakıda ilk oyunda da 2:1 qalib gələn Qurban Qurbanovun komandası növbəti mərhələyə adlayıb və ən azı konfrans liqasında qrup mərhələsini təmin edib.