- Baxış sayı: 85
- 30 Yanvar 2026 22:50
- Baxış sayı: 202
- Fevral 04, 2026
- 0

“Qarabağ” AFFA-nın təşkil etdiyi U-17 kubokunda yarımfinal mərhələsinin cavab oyununda “Keşlə” ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçda ağdamlılar 3:1 hesablı qələbə qazanıb.
İlk görüşdə də qalib gələn (1:0) “Qarabağ” finala yüksəlib.
Komanda finalda “Qəbələ” ilə görüşəcək. “ASCO Arena”da baş tutacaq qarşılaşma mayın 27-də saat 18:00-da baş tutacaq.