- Baxış sayı: 35
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Azərbaycan çempionu “Qarabağ” artıq Fransadadır. Allsport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki növbəti oyununda bu ölkənin “Sent-Etyen” klubuyla qarşılaşacaq komanda eyni adlı şəhərə çatıb.
Təxminən 5 saatlıq uçuşdan sonra komandamız Fransanın Sent-Etyen şəhərinə yetişib və otelə yollanıb.
Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” oyunu noyabrın 27-də keçiriləcək və saat 00:05-də başlayacaq.