- Baxış sayı: 41
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0

Avropa liqasının “G” qrupunun 6-cı turunda Bakıda keçiriləcək “Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) matçına hakim təyinatları açıqlanıb.
Allsport.az saytı xəbər verir ki, qarşılaşmanı Belarusdan olan briqada idarə edəcək. Baş referi Aleksey Kulbakovdur. Ona yan xətlərdə Dmitri Juk və Aleh Maslianka köməklik göstərəcəklər. 4-cü ədalət təmsilçisi Dmitri Dmitriyev olacaq.
3 noyabrda Tofiq Bəhramov adına respublika stadionunda matç saat 21:45-də başlayacaq.