- Baxış sayı: 76
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 42
- Dekabr 05, 2025
- 0

Ağdam olimpiya idman kompleksində Qarabağ-Zəngəzur bölgəsindən olan məşqçilər üçün seminar təşkil olunub.
Allsport.az saytı xəbər verir ki, tədbir “B” dərəcəli beynəlxalq hakim Məhəmmədəli Quluzadə tərəfindən keçirilib. Cüdoçuların cərimə olunacağı hallara diqqət yetirilərək bununla bağlı ətraflı məlumat verilib.
Seminar zamanı iştirakçıları maraqlandıran suallar hakimlər tərəfindən cavablandırılıb. Bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib.