- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Qalatasaray” və “Fənərbağça” tərəfdarları matça kollektiv şəkildə gələcək
Avropa Liqasının «F» qrupunda mübarizə aparan “Qarabağ” klubu, səfər oyunlarında tərəfdar dəstəyini hər matç hiss edir. İldən-ilə vətəndən kənarda keçirdiyi görüşləri izləmək üçün arenalara gələn azərbaycanlıların sayı durmadan artmaqdadır. İsveç, Almaniya və son olaraq Ukrayna səfərində çox saylı “Qarabağ” tərəfdarını komandamızın yanında gördük.
Bəs görəsən, Fransada, «Sent Etyenn» görüşünü izləmək üçün gələn trəfdarlarımızın sayında artım olacaqmı? Elə bu səbəbdən Lion, Marsel və Parisdə yaşayan bir neçə soydaşımızla əlaqə saxlayıb, sualımıza müəyyən qədər aydınlıq gətirməyə çalışdıq. Söhbətləşdiyimiz həmvətənlərimizin sözündən aydın oldu ki, Fransa xaricindən İsveçrə, Avstrya, İtaliya, Nederland, Belçika, Almaniya və hətta İspaniyada yaşayan soydaşlarımız da, “Sent-Etyen” – “Qarabağ” qarşılaşmasında komandamıza dəstən vermək üçün, görüşün keçiriləcəyi şəhərə doğru hərəkət edəcəklər.
Vüqar adlı Parisli həmvətənimizin təxmininə görə, Fransada yaşayan azərbaycanlılar 300, qonşu ölkələrdən gələn həmyerlilərimizin sayı 200-300 arasında olacaq: «Fransadan üç yüz nəfər komandamızın yanında olacaq. Qonşu ölkələrdən də yüz, bəlkə iki yüz azərbaycanlının oyuna baxmağa gələcəyini söyləyə bilərəm».
Natiq adlı soydaşımız da, ən az 500 azərbaycanlının stadiona gələcəyinə inandığını bildirib: «Fikrimcə, 500-ə yaxın azərbaycanlı meydanda olacaq. Dostlarımdan eşitdiyimə görə, türk dərnəklərində komandamızın oyununa maraq var. “Qalatasaray” və “Fənərbağça” tərəfdarları matça kollektiv şəkildə gələcəyini danışırlar.
Adının qeyd edilməsini istəməyən lionlu həmvətənimiz «Sent-Etyen»ə mütləq gedəcəyini və tanıdığı ən az 10 azərbaycanlının da orada olacağını bildirdib: «Sizə bildirim ki, oraya ən az 10 dostumla birlikdə gedəcəyik. Uşaqlarımızda yanımızda olacaq. Başqa ölkələrdən də gələnlərin olacağını eşitmişəm. Evimizdə Azərbaycan bayrağı var. Ancaq “Qarabağ”ın forması və bayrağı yoxumuzdur. Ümid edək ki, rəhbərlik tərəfdarlarını bayraqsız qoymayacaq».
Mənsur Atəş
Avropadan xüsusi olaraq allsport.az üçün