“Qarabağ”la bacarmayan Macarıstan çempionu, 47 il sonra avrokuboklarda mərhələ adlayıb

“Ferentsvaroş” klubu 47 il sonra ilk dəfə avrokubokların qrupunda pley-off mərhələsinə adlayıb. Allsport.az saytı xəbər verir ki, bu, Macarıstan təmsilçisinin ötən gecə Avropa liqasının 5-ci turunda “Monako” ilə heç-heçə etməsindən (1:1) sonra dəqiqləşib.

“Yaşı qartallar” yer aldığı “H” qrupunda 10 xal toplayıb və liderdir. “Monako” isə 7 xalla 2-cidir. Nəticədə, “Ferentsvaroş” sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edib. Paytaxt klubu son dəfə 1975-ci ildə avrokuboklarda pley-ofda oynayıb.

Xatıqladaq ki, bu mövsüm “Ferentsvaroş” çempionlar liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olub. Ağdam təmsilçisi Macarıstan klubunu üstələyərək (1:1, 3:1) pley-offa adlayıb. Lakin bu dəfə “Qarabağ” “Viktoriya” (Plzen, Çex Respublikası) səddini keçə bilməyib – 0:0, 1:2.

Həmin kateqoriyadan