Qardaş ölkədən 8 qızıl, 3 gümüş və 5 bürünclə

Türkiyədə “Yunis Əmrə”nin xatirəsinə cüdo üzrə uşaq və yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 4 ölkədən 470 idmançı iştirak edib.

“Təhsil” respublika idman mərkəzinin üzvləri yüksək nailiyyətə yetişiblər – Ayxan Ələkbərov (50 kq), Əli Əhmədov (60 kq), Ələkbər Zeynallı (55 kq), Mehman Əsgərov (46 kq), Murad Novruzov (+55 kq), Nazim Kamilov (42 kq), Fərid İbişli (34 kq), Ağabala Bağırov (73 kq) bütün rəqiblərinə qalib gəliblər.

Əhməd Əhmədov (66 kq), Anar Quliyev (42 kq), Vaqif Əsgərov (46 kq) 2-ci, Hüseyn Quliyev (55 kq), Vasif Səfərov (50 kq), Şahin Zeynalov (60 kq), Əli Hümbətov (55 kq) və Fərid Seyidov (34 kq) 3-cü yeri tutublar.

Həmin kateqoriyadan