- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 141
- Fevral 06, 2026
- 0

Cüdoçuların Azərbaycan çempionatında qarışıq komanda yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 8 heyətdən 61 idmançı mübarizə aparıb. Qadınlar 48 kq, 57 kq və +70 kq çəkilərdə, kişilər isə 73 kq, 90 kq və +90 kq-larda çıxış ediblər.
Bürünc medal uğrunda görüşlərdə “Kanokan TT” idman klubu 4:0 “Təhsil” RİM 1 nömrəli RİOEUGİM-ə, “Neftçi İdman Klubu-2” 4:1 hesabı ilə “Atilla İdman Klubu İdman Birliyi-2”yə qalib gəlib.
Finalda “Neftçi İdman Klubu 1” 4:3 “Atilla”ya qalib gəlib.
1. “Neftçi İdman Klubu” 1
2. “Atilla”
3. “Kanokan TT”
3. “Neftçi İdman Klubu-2”
5. 1 saylı RİOEUGİM
5. “Atilla-2”
7. “Gömrükçü”
7. 1 saylı RİOEUGİŞM