Qazanda qazancımız 1 medal oldu

Qazanda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinə mayın 7-də yekun vurulub. Allsport.az xəbər verir ki, sonuncu günündə Camal Feyziyev (+100 kq) 1/16 finalda Slovakiya təmsilçisi Marius Fizeli məğlub etsə də, növbəti dueldə braziliyalı Rafael Silvaya uduzub.

Turnirə 10 cüdoçu ilə qatılan komandamız yarışı bir bürünc medalla başa vurub. Bürünc medalı yığmamızın aktivinə Murad Fətiyev (81 kq) yazdırıb.

Həmin kateqoriyadan