- Baxış sayı: 71
- 24 Mart 2026 23:23
- Baxış sayı: 124
- Mart 25, 2026
- 0

Portuqaliya paytaxtı Lissabonda Avropa çempionatında 10 cüdoçumuzun iştirakı planlaşdırılır.
Allsport.az xəbər verir ki, kişilər arasında Davud Məmmədsoy, Kəramət Hüseynov (hər ikisi – 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), Murad Fətiyev, Hidayət Heydərov (81 kq), Elmar Qasımov, Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə İrina Kindzerska (+78 kq) gücünü sınayacaq.
Yarış aprelin 16-18-də keçiriləcək.