- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
“Çempionluğu hədəfləmişdim. Təəssüf ki, alınmadı, öz idmançımıza uduzdum. Ümumən, beynəlxalq arenada özümüzkülərlə güləşmək məndə alınmır. Onlara güc qoya bilmirəm. Amma bir yandan da sevinirəm ki, Hidayət Heydərov sonda qızıl medal qazandı”.
Allsport.az saytı xəbər verir ki, bunu ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük dəbilqə”də 3-cü yer tutan Rüstəm Orucov (73 kq) dedi. Olimpiya mükafatçısı bildirdi ki, istəsəydi yarımfinalda komanda yoldaşının işini bitirə bilərdi:
“Yaponiyada təlim-məşqdən sonra birbaşa bu yarışa gəldik. Müəyyən yorğunçuluq vardı. Yarımfinalda, qızıl xalda Hidayətin qolu əlimə keçdi. Onu qıra bilərdim, amma etmədim, özümüzküdür axı. Üstəlik, cüdoda alicənablıq qaydası var, olmazdı”.