Qoretksa ilə maraqlanan klublar

“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretska bir neçə Avropa klubunun maraq dairəsində olsa da, karyerasını “Arsenal”da davam etdirməyə üstünlük verir.

Allsport.az xəbər verir ki, 31 yaşlı alman futbolçu üçün yarışa qoşulan sonuncu klub “Bayer Leverkuzen” olub.

Lakin Leverkuzen təmsilçisinin futbolçunun illik 10 milyon avrodan çox olan maaş tələbini qarşılamaqda çətinlik çəkəcəyi bildirilir.

Müqaviləsi iyunun 30-da başa çatacaq Qoretska ilə həmçinin “Atletiko Madrid” və “Milan” da yaxından maraqlanır.

Həmin kateqoriyadan