- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 124
- Fevral 06, 2026
- 0
Fevralın 14-də Tiflisdə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” seriyasının üçüncü mərhələsinə start veriləcək. Allsport.az xəbər verir ki, ölkəmizi turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təmsil edəcəklər.
Tiflisdə keçiriləcək “Qran-pri”də Aleksandr Qrişuk (Rusiya), Aniş Qri (Hollandiya), Maksim Vaşe–Laqrav (Fransa), Lenyer Dominqes (Kuba), Pyotr Svidler (Rusiya), Dmitri Andreykin (Rusiya), Dmitri Cakovenko (Rusiya), Rüstəm Qasımcanov (Özbəkistan), Jobava Baadur (Gürcüstan) və Yevgeni Tomaşevski (Rusiya) birincilik uğrunda yarışacaqlar. Qaydalara əsasən, turnirə qatılan 12 şahmatçı 3 mərhələdə qüvvəsini sınayır. Ötən ilin oktyabrında başlayan mübarizəyə bu ilin mayında yekun vurulacaq.