- Baxış sayı: 84
- 30 Noyabr 2025 10:29
- Baxış sayı: 145
- Dekabr 04, 2025
- 0

Onur Quluzadə beynəlxalq stolüstü tennis federasiyasının “Qlobal gənclər təlim düşərgəsi”nə qatılacaq.
Allsport.az xəbər verir ki, istedadlı idmançı Çinin Çendu şəhərində təşkil olunacaq toplanışda milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə iştirak edəcək. Onur Quluzadə bu düşərgəyə BSTF-nin qitələr üzrə ən istedadlı idmançıları üçün həyata keçirdiyi proqrama əsasən dəvət alıb. Həmin proqram beynəlxalq yarışlarda mütəmadi olaraq yüksək nəticələr göstərən istedadlı stolüstü tennisçilər üçün nəzərdə tutulub ki, xüsusi seçilmiş 40 idmançı arasında Onur Quluzadə də yer alır.
“Qlobal gənclər təlim düşərgəsi” dekabrın 4-dən 13-dək təşkil olunacaq.