- Baxış sayı: 38
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçularımı təbrik etmək istəyirəm. Çox diqqətli oynadılar. 90 dəqiqə öz oyun tərzimizi itirmədik. “Neftçi”yə qarşı oynamaq, bu arenada oynamaq çox xoşdur. Əsl futbol abu-havası gördük. Fanatlar çox möhtəşəm idi. Onları təbrik edirəm”.