- Baxış sayı: 36
- 05 Fevral 2026 19:03
- Baxış sayı: 211
- Fevral 04, 2026
- 0
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Düşünürəm ki, çempionatda ən vacib 3 xalı qazandıq. “Xəzər Lənkəran” çox istəklidir və sərbəst oynayır. Bütün bunlara baxmayaraq, 3 xal əldə etdik. “Xəzər Lənkəran” isə böyük perspektiv vəd edir. Məncə, bütün komandalar üçün “Xəzər Lənkəran”la oyun çətin keçəcək. Çünki “Xəzər Lənkəran” öz oyununu tapıb”.