Qvardioladan maraqlı tələb: “Onun üçün böyük məbləğ ödəmişik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə liqa kubokunun reqlamentindən narazılığını bildirib.

Allsport.az xəbər verir ki, mütəxəssis yeni transfer Mark Qehinin finalda iştirakına qoyulan qadağaya etiraz edib. Qaydalara görə, yanvarda “Kristal Pəlas”dan transfer edilən müdafiəçi, yarımfinalın ilk oyununadək qeydiyyata alınmadığı üçün finalda oynaya bilməz.

Qvardiola klubun təşkilatçılara rəsmi məktub yazacağını bildirib: “Klub bir oyunçuya böyük vəsait ayırıbsa, o, komandaya məxsusdursa, niyə finalda oynamamalıdır? Ümid edirəm ki, təşkilatçıları Markın oynamasına icazə vermək üçün razı sala biləcəyik”.

“Mançester Siti” martın 22-də keçiriləcək finalda “Arsenal” ilə qarşılaşacaq.

Həmin kateqoriyadan