Rəcəbov 4-cü yerlə kifayətləndi

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi çempionlar turunun 6-cı mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, “The FTX Crypto Cup” adı verilən bu turnirin yarımfinalında uduzan Teymur Rəcəbov üçüncü yer uğrunda Yan Nepomnyaşi ilə mübarizə aparıb.

Qrossmeysterimiz Rusiyanı təmsil edən rəqibi ilə ilk oyun günündəki 4 partiyanın hamısından heç-heçə ilə ayrılmışdı – 2:2. Sonuncu gündə baş tutan görüş isə Teymur üçün uğursuz alınıb – 1.5:2.5. Beləcə, Rəcəbov bu turnirdə dördüncü yerlə kifayətlənib.

Finalda Maqnus Karlsen ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Bu görüşün qalibi Karlsen olub.

Həmin kateqoriyadan