- Baxış sayı: 36
- 05 Dekabr 2025 16:47
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0
Aprelin 24-də “Champions Chess Tour” onlayn şahmat seriyasının beşinci mərhələsi start götürəcək. Allsport.az xəbər verir ki, 16 şahmatçının mübarizə aparacağı turnirdə təmsilçimiz Teymur Rəcəbov da iştirak edəcək.
Ötən 4 mərhələnin yekunlarına görə şahmatçımız 108 xalla 3-cü yerdə qərarlaşıb. Turnirdə şahmatçımızla yanaşı, hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Hikaru Nakamura, Niderland təmsilçisi Aniş Giri, rusiyalı Yan Nepomnyaşi, fransalı Maksim Vaşye-Laqrav, ermənistanlı Levon Aronyan iştirak edəcəklər. Yarışın digər iştirakçılarının adı isə bir müddət sonra müəyyənləşəcək.
Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci – “Airthings Masters” turnirinin qalibi olub, seriyanın üçüncü mərhələsində – “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.