- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Champions Chess Tour” çərçivəsində “Opera Euro Rapid” turnirinə start verilib. Allsport.az xəbər verir ki, mükafat fondu 100 min ABŞ dolları olan yarışın ilk günündə 5 tur oynanılıb.
Teymur Rəcəbov ilk gün 5 görüş keçirib. Sem Şenklendə (ABŞ) qalib gələn Rəcəbov Mattias Blyubaum (Almaniya), Lenye Dominqes (ABŞ), Yan Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) heç-heçə edib.
Beləliklə, Teymur günü 3 xalla başa vurub. Turnir cədvəlinə həmyerlimizdən 1 xal çox toplayan Maqnus Karlsen (Norveç) başçılıq edir. Uesli So (ABŞ) və Yan Nepomnyaşi (Rusiya) isə 3,5 xala malikdir.
Turnirin ikinci günündə Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) təmsilçimizə rəqib olacaq. Dairəvi sistemlə keçirilən turnirin ilkin mərhələsinin son günündə – fevralın 8-də Rəcəbov Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyanla (Ermənistan) qarşılaşacaq.
Yarışda 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. Turnirə fevralın 14-də yekun vurulacaq.