- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Parisdə Teymur Rəcəbovun da qatıldığı nüfuzlu “Grand Chess Tour” yarışının 2-ci mərhələsinin növbəti 3 turu keçiriləcək. Allsport.az xəbər verir ki, şahmatçımız 4-cü turda rusiyalı Piter Svidler ilə qarşılaşacaq.
Növbəti turda Uesli So (ABŞ) ilə üz-üzə gələcək şahmatçımızın altıncı turda rəqibi daha bir ABŞ təmsilçisi Fabiano Karuana olacaq.
Rəcəbov ilk 3 turdan sonra 3 xalla Fabiano Karuana və fransalı Maksim Vaşye-Laqravla birlikdə 5-7-ci yerləri bölüşdürür.