- Baxış sayı: 68
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0
Teymur Rəcəbov çempionlar turunun “Opera Euro Rapid” adlanan üçüncü mərhələsinin 1/4 finalında növbəti görüşlərini keçirib. Allsport.az xəbər verir ki, 33 yaşlı qrossmeyster bu raundun ikinci yarış günündə Niderlandı təmsil edən Aniş Giri ilə daha 6 dəfə üz-üzə gəlib.
Tərəflər arasında ilk 4 qarşılaşma ilk gündə olduğu kimi, heç-heçə yekunlaşıb – 2:2. Yarımfinala vəsiqənin sahibi isə tay-breykdə bəlli olub. Burada rəqibinə 1.5:0.5 hesabı ilə qalib gələn Rəcəbov növbəti mərhələyə vəsiqəni təmin edib.
Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşacaq. Bu raundun digər görüşü norveçli Maqnus Karlsenlə fransalı Maksim Vaşye-Laqrav arasında baş tutacaq.
Yarımfinal qarşılaşmaları fevralın 11-12-də keçiriləcək.