- Baxış sayı: 66
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Fevralın 6-dan 14-dək “Champions Chess Tour” onlayn şahmat seriyasının növbəti mərhələsinin oyunları keçiriləcək. Allsport.az xəbər verir ki, Teymur Rəcəbov “Opera Euro Rapid” adlanan seriyanın üçüncü turnirində iştirak edəcək.
Mükafat fondu 100 min ABŞ dollar olacaq yarışda təmsilçimizin rəqiblərindən son vaxtlarda bir neçə dəfə məğlub etdiyi erməni Levon Aronyan olacaq.
Yarışda ümumilikdə 16 şahmatçı iştirak edəcək. Turnirdə Maqnus Karlsen, Din Liren, Hikaru Nakamura, Uesli So, Yan Nepomnyaşi, Maksim Vaşye-Laqrav, Aleksandr Qrişuk, Aniş Giri, Lenye Dominqes, Yan Kşiştof Duda, Vidit Qudjrati, Sem Şenklend, Danil Dubov və Mattias Blyubaum da qüvvəsini sınayacaq.
“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayına qədər davam edəcək.