“Rəcəbovun iddiaçılar yarışına hazırlığı üçün lazımi kömək göstərilib”

Əbu-Dabidə FİDE-nin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, ali şahmat qurumunun rəhbər heyəti Madriddə keçiriləcək iddiaçılar turnirinin püşkatması təşkil edib. FİDE-nin azərbaycanlı vitse-prezidenti Mahir Məmmədov açıqlama verib: “FİDE rəhbər heyətinin iclasında mühüm məsələlər müzakirə edildi. Ali şahmat qurumu tərəfindən FİDE-nin vitse-prezidenti Anastasiya Sorokina Madrid şəhərinin ev sahibliyi edəcəyi iddiaçılar turnirinin təşkilatçılığına məsul şəxs kimi təsdiqləndi.

Püşk mərasimində ölkələri FİDE-də çalışan müxtəlif rəsmi şəxslər təmsil etdi. Məsələn FİDE-nin vitse-prezidenti Başar Kouatli turnirdə Fransanı təmsil edəcək Alireza Firuzcanın püşkdəki sıra nömrəsini müəyyənləşdirdi. Püşkə əsasən şahmatçımız Teymur Rəcəbəv ilk turda ağ fuqurlarla Alireza Firuzcaya qarşı çıxış edəcək. Artıq turnirin təqvimi məlumdur.

Püşkün əhəmiyyəti odur ki, şahmatçının turlardakı rəqiblərini və hansı rəngdə fiqurlarla çıxış edəcəyini dəqiqləşdirir. İştirakçının hazırlıq prosesi üçün bu çox vacibdi. Rənglərin ardıcıllığı şahmatçıya görə çox önəmlidir.

Teymur Rəcəbov təcrübəli şahmatçıdır. Bu onun karyerasında ilk deyil, 3-cü sınağı olacaq. Rəcəbov hazırlıq prosesində hər bir məqamı nəzərə almalıdır və fikrimizcə, bunu edir. Federasiya tərəfindən onun hazırlığı üçün lazımi kömək göstərilib. Mütəmadi olaraq onunla ünsiyyətdəyik, hazırlıq prosesini izləyirik”.

Həmin kateqoriyadan