Rəqibini civə ilə zəhərləməyə cəhd etdi

Allsport.az saytı xəbər verir ki, Rusiya şahmat federasiyasının (RFC) icraçı direktoru Aleksandr Tkaçov, Mahacqalada keçirilən Dağıstan çempionatında yarışın başlamasına az qalmış iştirakçılardan birinin taxtasının yanına civə tökərək rəqibini zəhərləməyə cəhd etməsi ilə bağlı baş vermiş qalmaqalı şərh edib. Sitat:

“Əlbəttə ki, Dağıstanda, xüsusən də şahmat yarışında belə bir hadisənin baş verməsi çox təəssüf doğurur. Düzünü desəm, bu bir növ dəlilikdir. İndi ən əsası narahat olduğumuz xəsarət alan iştirakçının sağlamlığıdır”.

Oyun başlayandan sonra qurban özünü pis hiss edib. Hadisə yerinə polis çağırılıb, əməliyyatçılar müşahidə kameralarına baxıb və həmin gün şübhəli şəxsi saxlayıblar.

Həmin kateqoriyadan