Rəşad Hüseynov: Çalışırıq ki, hər dəfə gözəl oyun nümayiş etdirək

Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsinin 13-cü və 14-cü turlarında qızıl medallara iddialı “Dinamo” çempionatın naməğlub komandası “Məhsul”a hər 2 görüşdə qalib gəldi – 27:22, 27:26. “Polislər”in baş məşqçisi Rəşad Hüseynov, allsport.az saytına açıqlamasında oyunlara belə şərh verdi:

“Ötən illərlə müqayisədə, bu mövsüm çemponatda rəqabət daha gərgin və çox maraqlı keçirdir. 7 klubdan 5-i çempionluğa layiqdir. Hazırda onlar güzəştsiz mübarizə gedir. Allahın köməkliyi ilə, hansı komanda layiqdirsə, o da çempion olar.

Öz həndbolçularıma təşəkkür edirəm. Çox gözəl mübarizə apardılar. İlk oyunda şərti ev sahibi idik. Qarşıya məqsəd qoymuşduq ki, qalib gələk. Cavab görüşü daha gərgin keçdi. Rəqib yenilginin əvəzini çıxmaq istəyirdi. Sona 4 saniyə qalmış hesab bərabər idi – 26:26.

Orxan Əliyevin cərimədən dəqiq zərbəsi “Dinamo”ya ardıcıl qələbə qazandırdı. Çox həyacanlı oyunlar gedir. Çalışırıq ki, hər dəfə gözəl oyun nümayiş etdirək. Həndbol həvəskarlarını bu müdhiş anları qaçırmamağa səsləyirəm”.

Həmin kateqoriyadan