Rəşad Sadıqov: Heç vaxt çex klublarının rəqib olmağını arzulamamışam

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsində Çex Respublikasının “Slovan” klubuna qarşı keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Allsport.az saytı xəbər verir ki, o, ilk açıqlamasında Libereç təmsilçisi barədə bunu deyib:

“Görüşün çətin olacağını bilirdik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. “Slovan” bizə hücum etməyə imkan vermirdi. Ümumən, çex komandalarının oyun üslubu belədir. Ona görə heç vaxt bu ölkənin təmsilçiləri ilə rəqib olmağı arzulamamışam. Buraxdığımız ilk qol çox gözlənilməz alındı. Yaxşı ki, hesabı tez bərabərləşdirdik.

Hər 2 komanda topa sahib olmağa çalışırdı. Fasilədə baş məşqçi irəli getməyi tapşırdı. Qələbə qolunu vurmağı çox istəsək də, şansları boşa verdik. Rəqibin 2-ci qolu da gözlənilməz oldu. Yenə də öz səhvimizdən qol buraxdıq. Xoşbəxtlikdən matçın sonunda məğlubiyyətdən xilas ola bildik”.

Həmin kateqoriyadan