- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rio-2016-da 66 kq-da bürünc medal qazanan yunan-Roma güləşçimiz Rəsul Çunayev yarışdan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, dünya çempionu yarımfinalda ermənistanlı Mehran Arutyunyana məğlubiyyətə təəssüfləndiyini deyib:
«Mənə dəstək verən və verməyənlərə, hamısına minnətdarlığımı bildirirəm. Dəstək verməyənləri başa düşürəm, çünki еrmənistanlı idmançıya uduzmuşam. Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq, Vətən üçün bürünc medalı əldən vermədim».