- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rio-2016-nın yunan-Roma güləş yarışında 66 kq-da gölənilmədən yarımfinalda Mehran Arutunyana uduzan Rəsul Çunayevə istimaiyyətin bəzi təbəqəsində yersiz qınama oldub. Allsport.az saytının məlumatına görə, idmanı siyasiləşdirməməyə çalışan mütəxəssislər, istedadlı bahadırımıza dəstək verməkdə davam edirlər. AGF-in reğionlar üzrə vitse-prezidenti Cavanşir Qurbanov bildirib ki, bu həssas məqamda hər birimiz ona dəstək olmalıyıq:
“Son günlər sosial şəbəkələrdə, ictimaiyyətin qınağına çevrilərək, haqsız tənqidlərə tuş gələn, daim pozitiv, gülərüz və bir neçə saniyə ərzində erməni rəqibinin çiynini yerə vuran və saysız rəqiblərinə qalib gəldikdən sonra, bayrağımızı çiyninə ataraq, meydanda dövrə vurararaq, bizləri əsgər salamıyla salamlayan, öz rəqsi ilə milyonlarla tamaşaçı və azərkeşlərin rəğbətini qazanan, daim bayrağımızı zirvələrə qaldıran, gənc pəhləvanımız Rəsul balamıza dəstək olmalıyıq”.
“Cavanşir” İdman Klubunun sədri onu da əlavə edib ki, dünya çempionumuz, bundan öncə, dəfələrlə erməni güləşçilərə qalib gəlib: “Rəsul Çunayevin Rio-2016-nın yarımfinal görüşündə, erməni idmançısına məğlub olması idman ictimayətinin bir nümayəndəsi kimi, bir azərbaycanlı kimi məni də çox məyus etdi. Lakin güləşçimiz bir sıra mötəbər yarışlarda, o cümlədən tələbələrin Universiadasında, Avropa oyunlarında, ötən ilin dünya çempionatında qalib adını qazanıb. Bu yarışlarda onun rəqiblərindən erməni güləşçisi də olub və o, asanlıqla onlara qalib gəlib.
Mütəxəssis onu da vurğulayıb ki, Rəsul gələcəkdə də beynəlxalq yarışlarda Azərbaycan bayrağını dalğalandıracaq: “İdman aləmində rəqibin milliyətindən asılı olmayaraq məğlubiyyət də var, qalibiyyət də. Rəsul Çunayev vətənpərvər, öz ölkəsini sevən, bayrağını daim uca tutmağı qarşısına məqsəd qoyan idmançılardan biridir. O dünyanın ən mötəbər yarışından yenə öz ölkəsinə bürünc medalla qayıdır. Biz inanırıq ki, Rəsul Çunayev gələcəkdə daha da yüksək əyyarlı medallar əldə edəcək. Bunun onun fiziki qüvvəsi və iradəsi imkan verir. Gəlin ölkəmizi təmsil edən bütün idmançılara dəstək olaq, onları növbəti yarışlara, qələbələrə ruhlandıraq”.