- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Ötən gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin kabinetində gizli toplantı keçirilib. Allsport.az saytı sportinfo.az-a istinadən xəbər verir ki, yığıncaqda Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov, Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov və inişil Premyer Liqada hakimlikdən uzaqlaşdırılan Elçin Məmmədov iştirak edib.
Görüşün səbəbkarı, son turlar çempionatda bir-birini təkrarlayn hakim səhvlərindən narahailığını bildirib və bunun onların ziyanına işlədiyini xatırladıb. Ramin Musayev hakimbaşıya öz iradlarını çatdırıb, təyinat alanların əksərinin ümidləri doğrultmadığını qeyd edib.
PFL prezidentinin fikrincə, hakimlər öz işinə tam məsuliyyətlə yanaşmır, bunun bir səbəbi də vaxtlı-vaxtında, özü də düzgün nəzəri və praktiki hazırlıq keçməmələridi. O, Xaqani Məmmədovu Premyer Liqaya göndərilən hakimləri həftədə 2 dəfə təşkil olunan məşğələlərdən azad edib və bu işi onun keçmiş tələbəsi Elçin Məmmədova tapşırıb.