- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Real”ın və İspaniya yığmasının sabiq müdafiəçisi Serxio Ramos “Boka Xuniors”a keçə bilər.
Allsport.az xəbər verir ki, 38 yaşlı futbolçu Argentina klubunun prezidenti Xuan Roman Rikelme və onun “Real Madrid”də birgə çıxış etdiyi komandanın baş məşqçisi Fernando Qaqo ilə danışıb.
“Boka Xuniors” Ramosa ildə təxminən 5 milyon avro ödəməyə hazırdır.
Ramos yayda “Sevilya”dan ayrıldıqdan sonra azad agentdir.