- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan çempionatında rapiddə qalibləri müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, kişi şahmatçılarda Rauf Məmmədov 9 turdan 7 xal toplayaraq, əlavə göstəricilərə qalib olub. Onunla eyni xalı yığan Vüqar Əsədli 2-ci, yarım xal az toplayan Məhəmməd Muradlı 3-cü yer tutublar.
Qadınlar arasında 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə 1-ciliyə yiyələnib. 2-ci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. 3-cü yeri isə Ülviyyə Fətəliyeva qazanıb.