- Baxış sayı: 65
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Dekabrın 18-də Bakıda azərbaycanlı qrosmeyster Vüqar Həşimovun xatirəsinə 7-ci superturnirə start verilib. Allsport.az saytı xəbər verir ki, yarışda ilk gedişləri Vüqar Həşimovun atası Qasım Həşimov və Avropa şahmat ittifaqının prezidenti Zurab Azmayparaşvili ediblər.
Rapid yarışlarında birinci turun ilk oyununda Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov Çexiya idmançısı David Navaraya qalib gəlib. Rauf Məmmədov hindistanlı Vişvanatan Ananda, Vüqar Əsədli isə Fabiano Karuanaya uduzublar. Macarıstanlı Riçard Rapport isə Rusiya idmançısı Sergey Karyakini məğlub edib.
İkinci oyunda ağ fiqurlarla oynayan Ş.Məmmədyarov D.Navara ilə heç-heçə edib. Rauf Məmmədov V.Ananda qalib gəlsə də, V.Əsədli F.Karuana ilə xalı yarı bölüb. R.Rapport isə yenidən S.Karyakindən üstün olub.
Qələbə sayları eyni olduğu üçün R.Məmmədov və V.Anand arasında “armagedon” keçirilib və Azərbaycan təmsilçisi qələbə qazanıb.
Beləliklə, R.Rapport, F.Karuana və Ş.Məmmədyarov 3, R.Məmmədov 2, V.Anand isə 1 xal toplayıblar.
Rapid yarışlarında bir tur iki oyundan ibarətdir.
Turnirdə rapid yarışları 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.